OPEC ilə qeyri-OPEC ölkələri arasında video-görüş təxirə salındı

Paytaxt Moskvada jurnalistlər və neft bazarları üçün dəyərləndirmələr aparan D.Peskov deyib

1392514
OPEC ilə qeyri-OPEC ölkələri arasında video-görüş təxirə salındı

 

  Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEC ilə qeyri-OPEC ölkələri arasındakı görüşün təxirə düşərək 9 aprelə salındığını söyləyib.

  Paytaxt Moskvada jurnalistlər və neft bazarları üçün dəyərləndirmələr aparan D.Peskov deyib: “Rusiyanın enerji bazarını sabitləşdirmək üçün digər ölkələrlə işləməyə hazırıq. Daha əvvəl koordinasiya prosesində iştirak etməyən ölkələrdə də neft bazarını sabitləşdirmək lazımdır. OPEC-in 6 aprelə planlaşdırılan video-konfrans toplantısı təxirə düşərək 9 aprelə salınıb. Hal-hazırda görüşə hazırlıqlar gedir."

  Qeyd edək ki, bundan əvvəl Azərbaycan Energetika Nazirliyi OPEC və qeyri-OPEC ölkələri arasında görüşün video konfrans vasitəsilə 6 apreldə keçiriləcəyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr