"Bu ölkələrin neft hasilatını gündə 10 milyon barrel azaldacağını gözləyirəm", D.Tramp

ABŞ prezidenti Donlad Tramp Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatını gündə 10 milyon barrel, bəlkə də daha çox azaldacağını gözlədiyini və buna ümidinin olduğunu bildirib.

1390284

Tramp sosial media hesabında belə deyib;
"Mən yalnız Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Selman ilə görüş keçirdim. O, da Rusiya prezidenti Putinlə də görüş keçirdi. Bu ölkələrin neft hasilatını gündə 10 milyon barrel, bəlkə də daha çox azaldacağını gözləyirəm və buna ümid edirəm".
Qeyd edək ki, yeni növ koronavirusun  (Covid-19) dünya miqyasında iqtisadi artım perspektivlərini və dünyada neft tələbini zəiflətməsi xam neft qiymətlərinin 2002-ci ildən bəri ən aşağı səviyyəyə enməsinə səbəb oldu.

Әlaqәli Xәbәrlәr