Türkiyə bor tərkibli dezinfeksiyaedici vasitə istehsal edəcək

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez koronavirus tədbirləri çərçivəsində  bor tərkibli əl dezinfeksiyaedici vasitənin istehsalına başlanacağını açıqlayıb.

1384986

Nazir Dönmez özünün "twitter" hesabındakı paylaşmasında Covid-19 tədbirləri çərçivəsində enerjidə fasiləsiz xidmət üçün atılan addımları prezident Rəcəb Tayyib Ərdoğana təqdim etdiklərini bildirib. 
Nazir Dönmez "Prezidentimizin tapşırığı ilə tədqiqat və inkişaf işlərini tamamladığımız bor əlavəli əl dezinfeksiya vasitəsinin  istehsalına başlanır. Ən qısa müddətdə vətəndaşlarımızın istifadəsinə verəcəyik" deyib. 

Әlaqәli Xәbәrlәr