BVF: "Yeni növ koronavirusun yayılması dünya iqtisadiyyatına ciddi təsir edəcək"

Beynəlxalq Valyuta Fondu (BVF) yeni növ koronavirusun yayılmasının dünya iqtisadiyyatına ciddi təsir edəcəyi barədə xəbərdarlıq edib.

1383385
BVF: "Yeni növ koronavirusun yayılması dünya iqtisadiyyatına ciddi təsir edəcək"

Beynəlxalq Valyuta Fondu (BVF) yeni növ koronavirusun yayılmasının dünya iqtisadiyyatına ciddi təsir edəcəyi barədə xəbərdarlıq edib.
BVF-nin strategiya, siyasət və təhlil departamentinin direktoru Martin Muhleisen BVF-in internet saytında yayımlanan məqaləsində qeyd edib ki, iqtisadi şokun müvəqqəti olduğuna inam təmin edəcək şəkildə Covid-19-un yayılmasının məhdudlaşdırılması  hökumətlər üçün əsas hədəf olmalıdır.
Hökumətlərin və bankların likvidliyi təmin etməklə bazarların fəaliyyət göstərməsinin davam etməsi üçün misli görünməmiş tədbirlər gördüyünə də diqqət çəkən Mühleisen atılan addımların ehtiyac olandan daha çox ola biləcəyinə işarə edib.
Muhleisen "Güclü təsir göstərmək üçün bu addımları beynəlxalq koordinasiya ilə atmaq lazımdır. Böhrana daha yaxşı təşkilatlanmış və daha koordinasiyalı cavab verilsə, etimadın bir o qədər tez qaytarılması mümkün olacaq" deyib.
Muhleisen ayrıca maliyyə qurumlarının 2008-2009 qlobal maliyyə böhranından əvvəllə nisbətlə daha davamlı və hazırlanmış olduğunu qeyd edərək, "Böhran belə şoka hazır olduğumuza ümid etdiyim bir vaxtda baş verdi" deyib.



Әlaqәli Xәbәrlәr