“Volvo”, “Jaguar”, “Land Rover” və “Bentley” istehsala fasilə verdilər

Şirkətlər yaydıqları açıqlamada bildiriblər...

1382474
“Volvo”, “Jaguar”, “Land Rover” və “Bentley” istehsala fasilə verdilər

 

  “Volvo”, “Jaguar”, “Land Rover” və “Bentley” avtomobil şirkətləri yeni tip korona virusu (Covid-19) epidemiyası ilə əlaqədar istehsala fasiləvermə qərarı verdi.

  “Volvo” yaydığı yazılı məlumatda bildirib: “Korona virusu epidemiyası bazarların zəifləməsi, istehsalın fasilələrə səbəb olması və işçilərin sağlığı baxımından narahatlıq doğurmaqda davam edir. Şirkət bütün işçilərinin sağlamlığı və təhlükəsizliyini ön plana çəkir. Buna görə “Volvo”nun Belçika zavodu aprelin 5-dək qapalı olacaq, İsveç və ABŞ-dakı zavodları isə 26 mart – 14 aprel arasını istehsalını durduracaq.

  “Jaguar-Land Rover” verdiyi şərhdə korona virusunun yayılması səbəbindən İngiltərədəki müəssisələrdə istehsalın müvəqqəti dayandırıldığını, işə 20 apreldə başlamağın planlaşdırıldığını bildirib. Şirkət xatırladıb ki, Slovakiya və Avstriyada da istehsal əvvəlki qərara uyğun olaraq dayandırılıb.

  “Bentley” də korona virusuyla əlaqədar 20 martdan İngiltərədə istehsalın dayandırılmasına dair qərar verildiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr