Səudiyyə Ərəbistanı neft ixracatını artıracaq

Səudiyyə Ərəbistanının enerji naziri Əbdüləziz bin Selman ölkəsinin bir neçə ay ərzində neft ixracatını gündə 10 milyon barelə qədər artıracağını söyləyib.

1380245
Səudiyyə Ərəbistanı neft ixracatını artıracaq

Səudiyyə Ərəbistanının enerji naziri Əbdüləziz bin Selman ölkəsinin bir neçə ay ərzində neft ixracatını gündə 10 milyon barelə qədər artıracağını söyləyib.

“Al Arabiya” telekanalının saytında yer alan xəbərə görə, nazir Bin Selman ölkəsinin neft ixracı ilə bağlı açıqlamalar verib.

Nazirlik rəsmisi bildirib ki, Səudiyyə Ərəbistanı “Fadhili” yatağından istehsal edilən neftin təxminən 250 min barelini daxili istehlaka yönəldəcək. Bu da növbəti aylardan neft ixracının artıraraq gündəlik 10 mln bareli keçməsinə imkan verəcək.

Səudiyyə Ərəbistanı neft ixracının həcmi 2018-ci ilin dekabr ayında gündəlik 7.69 milyona çatsa da, 2019-cu ilin dekabr ayında gündəlik 7.337 milyon barelə çatdı.

"Saudi Aramco" ötən həftə 1 apreldən etibarən müştərilərinə 12,3 milyon barel xam neft tədarük edəcəyini açıqladı.

Martın 6-da Avstriyanın paytaxtı Vyanada Səudiyyə Ərəbistanının başçılıq etdiyi Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanan rəhbərliyində və bəzi OPEC-ə üzv olmayan ölkələrin iştirakı ilə keçirilən iclasda hasilatın azaldılması neftin qiymətinin son 4 ildə ən aşağı səviyyəyə enməsinə səbəb oldu.

Hər iki ölkənin aprel ayında qlobal neft bazarındakı bazar paylarını artırmaq üçün istehsallarını artıracaqları barədə açıqlama yayması artıq tədarükün artacağının siqnalıdır.

Bu vəziyyət neftin qiymətinin aşağı səviyyədə qalmasına səbəb olur.



Әlaqәli Xәbәrlәr