Sənaye istehsalı indeksində artım qeydə alınıb

Türkiyə Statistika İdarəsi sənaye istehsalı indeksi ilə bağlı açıqlama verib.

1377494
Sənaye istehsalı indeksində artım qeydə alınıb

Türkiyədə sənaye istehsalı indeksində 7,9 faiz artım qeydə alınıb.

Türkiyə Statistika İdarəsi sənaye istehsalı indeksi ilə bağlı açıqlama verib.

Açıqlamaya əsasən, Türkiyədə  sənaye istehsalında 7,9 faiz artım qeydə alınıb.

Ən sürətli artım daş karxanası və mədənçıxarma sektorunda yaşanıb. Həmin sektorlarda 8,5 faiz artım olub.

İstehsal sektorunda isə 8,2 faiz artım qeydə alınıb.

Sənaye və Texnologiya naziri Mustafa Varank şəxsi ''Twitter'' səhifəsindən məsələ ilə bağlı açıqlama verib.

''Bəzi sektorlarda yaşanan inkişafları yaxından təqib edirik. İstehsal sahəsində daimi irəliləyişin əldə olunması üçün fəaliyyətlərimizi davam etdiririk'',-deyə Mustafa Varank qeyd edib.
 

 



Әlaqәli Xәbәrlәr