Türkiyə Özbəkistan iqtisadiyyatına milyardlarla sərmayə qoyur

... Bu klinikalarda yüksək ixtisaslı tibb kadrlar da hazırlanacaq.

1376066
Türkiyə Özbəkistan iqtisadiyyatına milyardlarla sərmayə qoyur

 

  Türkiyənin “Renessas Holdinq” mühəndislik və tikinti şirkəti Özbəkistan iqtisadiyyatına 2 milyard dollar həcmində sərmayə qoyacaq.

  Azertac informasiya agentliyinin xəbərinə görə, “Renessas Holdinq” Daşkənd, Səmərqənd və Fərqanə şəhərlərində müasir çoxprofilli klinikalar tikəcək. Tibb müəssisələri hazır olduqdan sonra Türkiyə tərəfi bu klinikaların idarə olunmasında yaxından iştirak edəcək. Bu klinikalarda yüksək ixtisaslı tibb kadrlar da hazırlanacaq. Bundan başqa, şirkət Daşkənd şəhərinin metallurgiya müəssisələrinin bazasında ildə 60 milyon ton məhsul istehsal edən iki müasir mis-mədən fabriki tikməyi də öhdəsinə götürüb.



Әlaqәli Xәbәrlәr