“Flybe” şirkəti özünü müflis elan etdi

Avropanın müstəqil regional aviadaşıyıcısı olan Böyük Britaniyanın “Flybe” şirkəti özünü müflis elan edib.

1372697
“Flybe” şirkəti özünü müflis elan etdi

Qərargahı  Exeterdə yerləşən “Flybe” Şirkətindən  yayılan   açıqlamada  bildirilib  ki,  Dövlətlə bir neçə ay davam edən danışıqlardan sonra 100 mlyon ABŞ dolları məbləğində kredit  tələbimiz  qarşılanmadı. 

"Financial Times”-ın   xəbərinə    görə   koronavirus səbəbi ilə aviadaşımalara tələbin kəskin azalması şirkətin çökməsini sürətləndirib. Nəticədə, bütün reyslər ləğv olunub və 2 min iş yeri bağlanıb.

 Bundan əlavə Böyük Britaniyanın bir çox regional reyslərində problemin yaranacağı gözlənilir.

Qeyd  edək  ki, İngiltərədə  hər  5   daxili   marşrutdan   ikisinə   sahib olan   Flybe  ölkənin   ən   əhəmiyyətli  hava yolları  şirkətlərindən   biri   hesab  edilir. Elə ki,  ölkənin  bir çox yerinə   yalnız  bu şirkətin  reysi vardı



Әlaqәli Xәbәrlәr