Türkiyəyə 2020-ci ilin ilk ayında rekord səviyyədə turist gəlib

Turizm sektorunda 2019-cu ili rekordla başa vuran Türkiyə indiyədək turist sayına görə yanvar ayı üzrə ən yüksək nəticəni göstərib.

1365295
Türkiyəyə 2020-ci ilin ilk ayında rekord səviyyədə turist gəlib

Turizm sektorunda 2019-cu ili rekordla başa vuran Türkiyə indiyədək turist sayına görə yanvar ayı üzrə ən yüksək nəticəni göstərib.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2020-ci ilin yanvar ayında ölkəni 1 milyon 787 min 435 əcnəbi ziyarət edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə turistlərin sayında 16,11 faiz artım müşahidə edilib. Bununla da yanvar ayı üzrə indiyədək ən yüksək turist sayına nail olunub.

Nazirliyin sərhəd statistikasına əsasən, Türkiyəyə ən çox turist göndərən ölkələr sırasında ötən illə müqayisədə 21,22 faiz artımla Bolqarıstan liderdir. 18,06 faiz artımla Gürcüstan 2-ci, 42,4 faiz artımla Rusiya 3-cü yerdə qərarlaşıb.

Rusiyadan sonra digər yerləri müvafiq olaraq Almaniya və İran tutur. Ziyarətçilərin ölkəyə ən çox daxil olduğu sərhəd keçid məntəqələri üzrə sıralama isə belədir: 1 milyon 17 min 34 turistlə İstanbul 1-ci, 222 min 494 nəfərlə Ədrinə 2-ci, 152 min 976 ziyarətçi ilə Antalya 3-cü, 143 min 679 turistlə Artvin 4-cü, 34 min 365 nəfərlə paytaxt Ankara 5-ci yerdədir.



Әlaqәli Xәbәrlәr