"Moodys" xəbərdarlıq etdi

Korona virusi ilə əlaqədar Asiya-Sakit okean bölgəsində iqtisadi böyümə yavaşlaya bilər. Bu barədə beynəlxalq kredit reytinq agentliyi "Moodys" məlumat yayıb.

1361810
"Moodys" xəbərdarlıq etdi

 

  "Moodys" açıqlamasında bildirir: “Koronavirusun yayılması halında Asiya-Sakit Okean bölgəsində tələbatın azalacağı və tədarükçü şirkətlərin işlərinin ləngiyəcəyi, bölgədəki iqtisadi böyümənin yavaşlayacağı, ən ciddi təsirin turizm və ticarətdə müşahidə olunacağı ehtimal olunur”.

  2020-ci ildə Çinin iqtisadi böyümə proqnozunun 5,8%-dən 5,2 faizə endirildiyi ifadə edilən açıqlamada vurğulanıb ki, iqtisadi böyümədə azalma ciddi qısamüddətli iqtisadi nəticələr doğuracaq. Bu da Asiya-Sakit okean bölgəsində zəncirvari təsir yaradacaq.

Cənubi Koreyada iqtisadi böyümə proqnozunun 2,1%-dən 1,9 faizə endirildiyinə diqqət çəkilən açıqlamada epidemiya səbəbindən yaranan mövcud vəziyyət səbəbiylə Cənubi Koreya banklarının aktiv keyfiyyətinin gələcəkdə baş verən hadisələrdən təsirlənəcəyi, Nəhəng şirkətlərin yardım tələb etmələri, məhz səlahiyyətlilərin daha aqressiv likvidlik tədbirlər həyata keçirmələri halında Cənubi Koreya banklarının daha ciddi risklərlə üzləşə biləcəkləri qeyd edilib.



Әlaqәli Xәbәrlәr