Bu müzakirələrin yenidən başlanması üçün razılığa gəldilər

Türkiyə Prezident Aparatı mətbuat Xidmətindən verilən məlumata görə

1360222
Bu müzakirələrin yenidən başlanması üçün razılığa gəldilər

 

  Türkiyə və Amerika Birləşmiş Ştatları ikitərəfli ticarət həcminin 100 milyard dollara çıxarılması üçün reallaşdırılan müzakirələrin yenidən başlanması üçün razılığa gəliblər.

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonda danışaraq ikitərəfli məsələlər və regional prosesləri müzakirə edib. Söhbət zamanı Suriyada Bəşər Əsəd hökumətinin hücumlarının qəbuledilməz olduğu bildirilib, İdlibdə yaşanan böhranın tezliklə sona çatdırılması üçün fikir mübadiləsi aparılıb.

  Türkiyənin dəniz qonşusu Liviyanın yenidən barış və sabitliyə qovuşmasının əhəmiyyəti vurğulanan görüşdə iki ölkə başçısı ikitərəfli ticarət həcminin 100 milyard dollara çıxarılması üçün reallaşdırılan müzakirələrin də yenidən başlanması barədə razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr