Türkiyə-Xorvatiya arasındakı ticarət həcmi artırılır

Ticarət naziri Ruhsar Pekcan rəsmi görüşlər keçirmək üzrə Xorvatiyanın paytaxtı Zaqrebə səfərə gedir.

1356351
Türkiyə-Xorvatiya arasındakı ticarət həcmi artırılır

Nazirlikdən yayılan məlumata görə Pekcan bu gün baş tutacaq səfəri çərçivəsində Xorvatiyanın İqtisadiyyat, Sahibkarlıq və sənətkarlıq naziri Darko Xorvat, Xorvatiya Xarici və Avropa İttifaqı üzrə naziri Qordan Grlic Radman ilə görüşəcək. Ticarət Nazirliyinin koordinasiyası, Xarici İqtisadi Əlaqələr Şuras və Xorvatiya İqtisadiyyat Palatasının təşkilatçılığında iki ölkə firmalarının iştirakı ilə təşkil ediləcək Türkiyə-Xorvatiya yığıncağına qatılacaq.

Səfərdə baş tutacaq danışıqlarda ikitərəfli ticarət və iqtisadi əlaqələr nəzərdən keçiriləcək. Xorvatiyanın bu ilin əvvəlində təhvil aldığı və və iyun ayının sonuna dək icra edəcəyi Avropa İttifaqının dövr sədrliyi səbəbiylə Gömrük Sisteminə dair müqavilənin yenilənməsi və alyansın Türkiyədən dəmir polad məhsullarının idxalına dair tədbirlər müzakirə olunacaq.

Türkiyənin Xorvatiyaya ixracat həcmi keçən il bir əvvəlki ilə müqayisədə 6,3% artaraq 440,5 milyon dollara, bu ölkədən idxalı isə 5,3% artımla 224 milyon dollara yüksəldi. Beləliklə iki ölkə arasındakı xarici ticarət həcmi 664,5 milyon dollar olaraq qeydə alındı.

Xatırladaq ki, Türk tikinti şirkətləri Xorvatiyada ümumi dəyəri 668 milyon



Әlaqәli Xәbәrlәr