Avtomobil bazarı yanvar ayında 90 faiz inkişaf etdi

Türkiyə avtomobil və yüngül ticarət maşın bazarı ilin ilk ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 89,75 faiz artımla 27 min 273 olub.

1353084
Avtomobil bazarı yanvar ayında 90 faiz inkişaf etdi

Türkiyə avtomobil və yüngül ticarət maşın bazarı ilin ilk ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 89,75 faiz artımla 27 min 273 olub.

2020 yanvar ayı avtomobil və yüngül ticarət maşın bazarı 27 min 273 ədəd səviyyəsində reallaşıb. 14 min 373 ədəd olan 2019-cu ilin yanvar ayındakı cəmi avtomobil və yüngül ticarət maşın bazarı ilə müqayisədə satışlar 89,75 faiz artıb.

Yanvar ayında avtomobil satışları əvvəlki ilin həmin ayı ilə müqayisədə 100,53 faiz artaraq 22 min 16 ədəd olub. Keçən il 10 min 979 ədəd satış reallaşmışdı.

Yüngül ticarət maşın bazarına nəzər saldıqda 2019-cu ilin yanvar ayı ilə müqayisədə satışlar 54,89 faiz artıb və 5 min 257 ədəd səviyyəsində reallaşıb.



Әlaqәli Xәbәrlәr