“Türk axını” boru kəmərinin açılış mərasimi yanvarın 8-də keçiriləcək
Rusiyanın təbii qazını Türkiyəyə və Trükiyə üzərindən Avropaya çatdıracaq “Türk axını” boru kəmərinin açılışı yanvarın 8-də İstanbulda keçiriləcək mərasimlə reallaşacaq.

Rusiyanın təbii qazını Türkiyəyə və Türkiyə üzərindən Avropaya çatdıracaq “Türk axını” boru kəmərinin açılışı yanvarın 8-də İstanbulda keçiriləcək mərasimlə reallaşacaq.
Haliç Konqres Mərkəzindəki mərasimə prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin qıtalacağı gözlənilir.
Rusiyanın Anapa şəhərindən Kıyıköyə uzanan və hərəsi 935 km-dən ibarət iki ayrı kəmər olan “Türk axını” layihəsinin tikinti prosesi başa çatdı.
Anapada olan Russkaya kompressor stansiyası və Türkiyə Kıyıköy alış terminalındakı fəaliyyətlər də başa çatıb.
Rusiyanın qazını birbaşa Türkiyəyə çatdıracaq layihə xətti 31 dekabr 2019-cu il tarixindən etibarən qazın axmasına hazır hala gətirildi.
Hər bir xətti 15,75 milyard kubmetr olmaqla cəmi 31,5 milyard kubmetr qaz həcmi olan “Türk-axını” layihəsi 15,75 milyard kubmetr həcmilə ilk xətti Türkiyəyə qaz axışını təmin etdikdə, eyni tutumda olan ikinci xətt üzərindən Avropaya qaz göndəriləcək.