ABŞ-ın sanksiyalarının İrana vurduğu zərər

İranın İRNA rəsmi xəbər agentliyinin yazdığına görə...

1332718
ABŞ-ın sanksiyalarının İrana vurduğu zərər

 

  İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatlarının təktərəfli iqtisadi sanksiyalarının İrana zərərinin 200 milyard dollar olduğunu açıqladı.

  İranın İRNA rəsmi xəbər agentliyinin yazdığına görə, Kereç şəhərinin Golşehr mahalında (qəsəbə) dəmiryolu layihəsinin açılış mərasimində çıxış edən H.Ruhani ABŞ-ın ölkəyə sanksiyalarının təsirlərindən danışaraq deyib:

  “Bu sanksiyalar əslində "iqtisadi savaş"dır. Sanksiyaya məruz qalmasaydıq, 2016-cı ildən bu yana ölkəyə 200 milyard dollar gəlir, təxminən 100 milyard dollar kredit gələcəkdi.

  Mühafizəkar müxalif dairələrin hökumətin iqtisadi işlərinə qarışıb yersiz tənqid etmələri ölkənin sanksiyalara məruz qalması və 200 milyard dollarlıq itkisinə səbəb olub.

  Xalqın iqtisadi həyat şərtlərinin gün-gündən çətinləşdiyini bilirik. Hökumət problemləri həll etmək üçün var gücüylə çalışır.

  İran, Rusiya və Çinin Oman dənizi və Hind okeanında həyata keçirdiyi, dekabrın 30-da sona çatan 4 günlük ortaq hərbi manevr belə soyğunçu gücləri hirsləndirib."



Әlaqәli Xәbәrlәr