Rusiya Ukraynaya pul cəzasını ödədi

Qeyd edək ki, “Qazprom” və “Naftogaz” 2014-cü ildə Stokholm Ticarət Palatası Təhkim İnstitutuna bir-birlərinin əleyhinə müraciət vermişdilər.

1330924
Rusiya Ukraynaya pul cəzasını ödədi

 

  Rusiyanın enerji şirkəti “Qazprom” Ukraynanın təbii qaz şirkəti “Naftogaz”a 2,9 milyard dollarlıq təbii qaz cəzasını ödədi.

  “Qazprom” verilən məlumata görə, “Qazprom” Stokholm Ticarət Palatası Təhkim İnstitutunun qərarını yerinə yetirərək “Naftogaz”a 2,9 milyard dollarlıq təbii qaz cəzasının ödəməsini reallaşdırıb. “Naftogaz” da verilən yazılı məlumatı təsdiqləyərək bildirib: "Stokholm Ticarət Palatası Təhkim İnstitutunun 2018-ci ildə verdiyi qərara əsasən, “Qazprom”dan 2,9 milyard dolları aldıq. Ödəmə 2,56 milyard dollarlıq təzminatı və bunun faizini əhatə edir."

  Qeyd edək ki, “Qazprom” və “Naftogaz” 2014-cü ildə Stokholm Ticarət Palatası Təhkim İnstitutuna bir-birlərinin əleyhinə müraciət vermişdilər. “Naftogaz” “Qazprom”un təbii qaz sövqiyyat öhdəliklərini yerinə yetirmədiyini bildirərək 17 milyard dollarlıq ödəmə tələb etmişdi. Araşdırmanın sonunda “Qazprom”un Ukraynaya 2,56 milyard dollar ödəməli olduğu qərarlaşdırılmışdı. Amma “Qazprom” ödəməyincə şirkətin bəzi Avropa ölkələrindəki varlıqlarına əl qoyulmuşdu.



Әlaqәli Xәbәrlәr