2019-cu ilin sonunda Türkiyə yerli avtomobilini nümayişə çıxarır

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank 27 dekabrda ilk nümayişinin edilməsi planlanan yerli avtomobilin örtülü fotoşəkilini paylaşıb.

1327020

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyada jurnalistlərə verdiyi açıqlamada yerli avtomobilin təqdimatının 27 dekabrda İstanbulun Qəbzə (Gebze) rayonunda olacağını söylədikdən sonra M.Varank həmin avtomobilin örtülü fotoşəkilini paylaşıb.

  Sənaye və texnologiya naziri paylaşmasında yerli avtomobilin prototipinin tanıdılmasının planlandığı tarixlə yanaşı, "TOGG", "İnformasiya vadisi" və "Milli texnologiya hücumu" etiketlərinə yer verən iki fotoşəkil də nümayiş etdirib.

Әlaqәli Xәbәrlәr