Dünya Bankının Afrika ölkələri üçün ayırdığı qrant

Dünya Bankı Afrikanın "son dərəcə kasıb" ölkələrinin inkişafı üçün 53 milyard dollar qrant ayıracaq.

1325670
Dünya Bankının Afrika ölkələri üçün ayırdığı qrant

Dünya Bankı Afrikanın "son dərəcə kasıb" ölkələrinin inkişafı üçün 53 milyard dollar qrant ayıracaq. 

Məlumata görə, vəsait Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə, gələn ilin iyun ayından başlayaraq 3 il müddətində veriləcək və qitədə yaşayan insanların ehtiyaclarını ödəmək, iqtisadi artıma dəstək vermək, təbii fəlakətlər və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədi ilə istifadə ediləcək. Bununla yanaşı, qrantdan Afrikadakı daxili münaqişələrə son qoyulması üçün də istifadə olunacağı bildirilir. 

Qrantın iyul 2020-iyun 2023-cü il tarixlərini əhate edən 3 illik periodlar halında müəyyən edilən sahələrdə istifadə olunacağı nəzərdə tutulub.


Etiketlәr: #qrant , #Afrika , #Dünya Bankı

Әlaqәli Xәbәrlәr