“Saudi Aramco”nun bazar dəyəri 2 trilyon dolları ötüb

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (IPO) sonra şirkətin bazar dəyəri 2 trilyon dolları keçib.

1322332

Mәlumata görә,  “Aramco”nun səhmlərinin qiyməti ikinci ticarət günündə də 9.9  faiz artıb və şirkətin bazar dəyəri 2,05 trilyon dollar olub.

“Saudi Aramco”nun məlumatına görə, şirkətin 3 milyardlıq səhminin 1,5 faizi satılıb. İnvestorlar bir səhm üçün ən yüksək məbləğ müəyyənləşdirilən 35,2  Səudiyyə rialı (10.32  dollar) təklif verib. Bununla da şirkətin bazar dәyәri 2 trilyon dolları keçib. 

Әlaqәli Xәbәrlәr