Qazaxıstan 11 ayda 65.7 milyon ton neft ixrac etdi

Qazaxıstan Yanvar-noyabr dövründə 65,7 milyon ton neft ixrac edib. Qazaxıstanın Energetika nazirinin müavini Aset Maqauov bu barədə məlumat yayıb.

1318989
Qazaxıstan 11 ayda 65.7 milyon ton neft ixrac etdi

Maqauov mətbuata açıqlamasında cari ilin ilk 10 ayında 82,5 milyon ton neft hasil olunduğunu bildirib. O qeyd edib ki bu miqdar ilin sonunadək 90,5 milyon tona çatacaq. Maqauovun sözlərinə görə neftin 60 faizi böyük Tengiz, Kaşağan və Karaçaqanak neft quyularından hasil olunub.

2019-cu ildə hasilatın 70.5 milyon tonnunun ixracı gözlənir. İlin 11 ayında ixrac edilən miqdar 65,7 milyon tona çatıb. 15,7 milyon ton neft isə təmizlinib.

2023-cü ildə Qazaxıstanda neft hasilatının 100 milyon tona çatacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr