Antalyaya gələn turist sayında rekord

Dünyanın dörd bir tərəfindən turistləri özünə cəlb edən Antalyaya hava oyul ilə gələn turist sayı yanvar-noyabr ayları arasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artımla 15 milyonu keçdi.

Antalyaya gələn turist sayında rekord

Dünyanın dörd bir tərəfindən turistləri özünə cəlb edən Antalyaya hava yolu ilə gələn turist sayı yanvar-noyabr ayları arasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artımla 15 milyonu keçdi.

Antalya Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, keçən il 13 milyon 642 min turistlə bütün zamanların rekordunu qıran şəhər cari il 15 milyondan artıq turisti qonaq etdi.

Şəhərə gələn turistlərin hansı ölkələrdən gəldiklərinə nəzər saldıqda isə, ilk yerdə ruslar var. 1 yanvar-30 noyabr tarixləri arasında Rusiyadan 5 milyon 524 min 160 rus turist gəlib. Rus turist sayında keçən illə müqayisədə 16 faiz artım qeydə alınıb.

İkinci yerdə olan Almaniyadan gələn turist sayı isə 2 milyon 602 min 725 nəfər olub. Almaniya bazarında isə 15,5 faiz artım olub.

Şəhərə ən çox turist göndərən ölkələrin siyahısı isə növbə ilə bələdir: Ukrayna, İngiltərə, Polşa, Hollandiya, Rumıniya, Qazaxıstan, Çexiya və İsveç.



Әlaqәli Xәbәrlәr