Əcnəbilərə mənzil satışı oktyabr ayında son 10 ayın zirvəsinə qalxdı

Əcnəbilərə mənzil satışı oktyabr ayında 4 min 272 ədədlə 10 ayın zirvəsinə qalxdı.

1308518
Əcnəbilərə mənzil satışı oktyabr ayında son 10 ayın zirvəsinə qalxdı

 

  Əcnəbilərə mənzil satışı oktyabr ayında 4 min 272 ədədlə 10 ayın zirvəsinə qalxdı.

  Xaricilərə mənzil satışı son üç aydır mərhələli olaraq artır.

  Əcnəbilərə satılan mənzildə sentyabr ayı ilə müqayisədə 2 faiz artım qeydə alındı. Bununla da 10 ayın ən yüksək aylıq rəqəminə çatıldı.

Bu ilin yanvar-oktyabr ayı dövründə əcnəbilərin aldığı mənzil 36 min 197-ə çıxıb. Keçən ilin ilk 10 ayında 30 min 431 ədədl mənzil satışı nəzərdə tutulduqda 19 faizlik artım əcnəbilərin marağının davam etdiyinin göstəricisidir.

Daşınmaz əmlak sektorunun nümayəndələri keçən il əcnəbilərə 39 min 663 ədəd mənzil satıldığını xatırladaraq, bu il 40 min mənzil satışının reallaşa biləcəyini və tarixi zirvənin 45 səviyyəsinə çata biləcəyini bildiriblər.

Meqaşəhər İstanbul əcnəbilərin mənzil alarkan üstünlük verdiyi şəhərlər sırasında ilk yerini böyük fərqlə qoruyur. Okyabrda İstanbuldan 2 min 43 mənzil alan əcnəbilər 10 ayda 16 min 322 ədəd mənzil sahibi olub.

Beləliklə keçən il İstanbuldan 14 min 270 mənzil alan əcnəbilər 10 ayda keçən il rəqəmlərini geridə buraxdı. Sektor nümayəndələri İstanbulda bu il 20 min mənzilin əcnəbilərə ev sahibliyi edə biləcəyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr