1 yanvar-11 noyabrda Çinə 9 min 574 ton fındıq ixrac edildi

Qaradəniz Fındıq və Məhsulları İxracatçıları Birliyinin (KFMİB) sədri İlyas Edip Sevinç 1 yanvar-11 noyabrda Çinə reallaşdırılan fındıq ixracının 9 min 574 tona çıxdığını bildirdi.

1305598

KFMİB-dən verilən açıqlamaya görə, bu il 2-ci dəfə keçirilən Çin Beynəlxalq İdxalat Sərgisində stent açıldı. Stentin açılışı sənaye və ticarət nazirinin müavini Qonca Yılmaz Batur və Türkiyə İxracatçılar Məclisinin sədri İsmayıl Güllə tərəfindən edildi. Stenti gəzənlərə bağlamalar içində qovrulmuş fındıq və müxtəlif məhsullar təqdim edildi.

Açıqlamada Türkiyə fındığının tanıdılması üçün ölkə sektoruna dair məlumatla yanaşı ixracatçıların əlaqə məlumatlarının da yer aldığı broşuraların təqdim olunduğu vurğulandı.

Birliyin sədri İlyas Edip Sevinç tədbirlə bağlı açıqlamasında dedi:

“2000-ci ildə Çinə sadəcə 160 ton fındıq ixrac edildi. 1 yanvar-11 noyabr 2019 tarixləri arasında isə bu rəqəm 9 min 574 tona çıxaraq müqabilində 75 milyon dollar valyuta gəliri əldə edildi. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 97 faiz artıma bərabərdir”.

Әlaqәli Xәbәrlәr