İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçdi

Türkiyənin dövlət himni səsləndirildikdən sonra İƏT Nazirlər Şurasının 24-cü iclasını Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aparıb.

1303273
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçdi

 

  Noyabrın 9-da İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 24-cü iclası Türkiyənin Antalya şəhərində işə başlayıb.

  Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti təmsil edib.

  Əvvəlcə İƏT-in fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. Sonra Tacikistan xarici işlər nazirinin müavini Xusrav Noziri və İƏT-in baş katibi Hadi Süleymanpurun hesabat məruzələri dinlənilib.

  Məruzələrdən sonra təşkilata sədrlik Tacikistandan Türkiyəyə təhvil verilib. 

  Türkiyənin dövlət himni səsləndirildikdən sonra İƏT Nazirlər Şurasının 24-cü iclasını Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aparıb.

  Qeyd edək ki, Baş Katibliyi İranın paytaxtı Tehranda yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub. Hazırda təşkilatın Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və İran olmaqla doqquz üzvü var.

  1992-ci ildən İƏT-in tamhüquqlu üzvü olan Azərbaycan təşkilatda ən fəal ölkələrdəndir.



Әlaqәli Xәbәrlәr