Türkiyənin iqtisadi inkişaf proqnozu

Avropa İttifaqı Türkiyənin 2019-cu ili üçün iqtisadi böyümə proqnozunu artırdı

1302263
Türkiyənin iqtisadi inkişaf proqnozu

Avropa İttifaqı Komissiyasının hazırladığı 2019-cu il payız iqtisadi proqnoz hesabatında, Türkiyənin 2019-cu il üçün iqtisadi inkişafının 0.3% olacağı bildirilib. Bundan əvvəlki hesabatda Türkiyənin cari ilə iqtisadi inkişaf proqnozu mənfi 2,3% olaraq qeyd edildi. Hesabatda Türkiyənin 2020-də iqtisadi inkişafının 3.1%, 2021-ci ildə isə 3,5% reallaşacağına, Türkiyədə iqtisadiyyatının keçən il baş verən valyuta böhranından sonra maliyyə subsidiyalar və ihracattaki artımla birlikdə gözləniləndən daha sürətli şəkildə toparlandığına diqqət çəkilib. Avrozonanın 2019 və 2020-ci illər üçün proqnoz rəqəbləri isə daha əvvəl açıqlanan hesabatdakı rəqəmlərə müqayisədə azaldılılb. Beləki sırası ilə 2019-cu il üçün 1.2% olan proqnoz 1.1%-ə və 2020-ci il üçün 1.5% olan təxmin isə 1.2% səviyyəsinə endirilib. 2019-cu il üçün iqtisadi inkişafın Almaniyada 0,4%, Fransada 1,3%, İngiltərədə 1,3%, İtaliyada 0,1%, İspaniyada və Hollandiyada 1,9% reallaşacağı da diqqətə çatdırılıb.



Әlaqәli Xәbәrlәr