Şanxay II Hongqiao Beynəlxalq İqtisadi Forumu

Forum 5 əsas paralel sessiyadan ibarətdir...

1300845
Şanxay II Hongqiao Beynəlxalq İqtisadi Forumu
Şanxay II Hongqiao Beynəlxalq İqtisadi Forumu_01.jpg
Şanxay II Hongqiao Beynəlxalq İqtisadi Forumu_02.jpg
Şanxay II Hongqiao Beynəlxalq İqtisadi Forumu_03.jpg

 

  Şanxay şəhərində açılan II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində noyabrın 5-də II Hongqiao Beynəlxalq İqtisadi Forumu işə başlayıb.

  Forum 5 əsas paralel sessiyadan ibarətdir. "Çinin 70 illik inkişafı və bəşəriyyət üçün paylaşılan gələcəyi olan cəmiyyətin qurulması" adlı paralel sessiyada müxtəlif ölkələrin keçmiş rəhbər şəxsləri, Çinin və beynəlxalq düşüncə mərkəzlərinin təmsilçiləri və alimlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Müzakirə olunan mövzulara "Çinin iqtisadi qloballaşma prosesinə təsiri", "Çin və digər ölkələr arasında yoxsulluğun azaldılması və bunun müqayisəsi", "İqtisadi artım və inklüziv inkişaf" və sair daxildir.

  Noyabrın 6-dək davam edəcək forumda AZƏRTAC da daxil olmaqla bir sıra beynəlxalq KİV-lərin və müvafiq sahələrin nümayəndələrinin çıxışları dinləniləcək.

  Forumun təşkilatçıları Çin Xalq Respublikası Dövlət Şurasının Məlumat İdarəsi və Çin Sosial Elmlər Akademiyasıdır.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr