Türkiyənin Qazaxıstanda investisiya həcmində rekord artım

Türkiyə ilin ilk yarısında Qazaxıstanda 275 milyon dollar sərmayə yatırdı.

Türkiyənin Qazaxıstanda investisiya həcmində rekord artım

Qazaxıstan Xarici İşlər Nazirliyinin İnvestisiya Komitəsinin məlumatına görə, bu ilin ilk yarısında ölkəyə cəlb edilən birbaşa xarici sərmayə miqdarı  2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz azalaraq 12,1 milyard dollar oldu.

İlin ilk 6 ayında Hollandiya Qazaxıstana sərmayə qoyan ölkələr arasında 3,4 milyard dollar ilə birinci  sırada  iştirak  edərkən,  ABŞ 2,9 milyard dollar ilə ikinci, İsveçrə 1 milyard dollar ilə üçüncü, Çin 922 milyon dollarla dördüncü, Rusiya 632 milyon dollarla beşinci, Fransa 537 milyon dollar ilə altıncı, Belçika 516 milyon dollar ilə yeddinci, Britaniya 336 milyon dollar ilə səkkizinci, Türkiyə, 275 milyon dollar  ilə  9-cu   sırada   iştirak  edir.

Türkiyə, keçən ilin ilk yarısında Qazaxıstana 147,9 milyon dollar investisiya qoydu.



Әlaqәli Xәbәrlәr