İranın nəhəng avtomobil şirkəti Van şəhərində investsiya yatırır

İranın avtomobil şirkəti “Xodrov Company” Vanda bir fabrik inşa etmək qərarına gəldi.

van organize sanayi.jpg

Orta Şərqin avtomobil istehsal edən nəhəng şirkətlərindən olan “Xodrov Company”-nin baş icraçı direktoru Farşad Moqimi və onu müşayiət edən heyət bir müddət əvvəl Türkiyənin Van şəhərinə reallaşdırdığı səfəri zamanı Vali və Bələdiyyə sədrinin əvəzi Məhmət Əmin Bilməz, Mütəşəkkil Sənaye Bölgəsinin (OSB) icraçı direktoru Məhmət Aslan, Ticarət və Sənaye Palatasının prezidenti Nəcdət Takva və Şərqi Anadolu İnkişaf Agentliyinin baş katibi Halil İbrahim və iş adamları ilə bir araya gəlib.

Moqimi yığıncaqdan sonra mətbuata verdiyi açıqlamada Van şəhərində avtomobil fabriki qurmaq qərarına gəldiklərini bildirib.

Van Mütəşəkkil Sənaye Bölgəsinin 50 hektar ərazidə qurulması planlaşdırılan zavodda ilk mərhələdə minə yaxın adamın işlə təmin ediləciyi gözlənilir.

Van icra hakimiyyət başçısı və Bələdiyyə sədrinin əvəzi Bilməz də açıqlamasında : “İrandakı bir çox şirkət sanksiyalar səbəbiylə fabriklərini fərqli ölkələrə köçürməyə çalışırlar. Van bu şirkətlər üçün ən uyğun şəhər hesab edilir. İranın avtomobil şirkətinin Van da sərmayə qoyması digər xarici investorların da diqqətini cəlb edəcək. Van İranın qərbə açılan pəncərəsidir. Yatırım üçün bu şəhərin seçim edilməsinin əsas səbəbi, Mərkəz fabriklərdən uzaqlaşmayaraq məhsulun bir hissəsi İranda bəzi hissələri Kanadada istehsal edilib və nəhai istehsalın vanda reallaşdırılmasıdır. Buraxılacaq avtomobillər Türk patentli olacaq”-deyə Bilməz vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr