Türkiyə turizmdən 26,63 milyard dollar turizm gəliri əldə etdi

Türkiyə ilin 9 aylıq dövründə 41,6 milyon turist qonaq etdi, 26,63 milyard dollar turizm gəliri əldə etdi.

Türkiyə turizmdən 26,63 milyard dollar turizm gəliri əldə etdi

Türkiyə ilin 9 aylıq dövründə 41,6 milyon turist qonaq etdi, 26,63 milyard dollar turizm gəliri əldə etdi.

Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına görə, Türkiyə turizmdə 2023-cü il üçün nəzərdə tutulan 75 milyon turist, 65 milyard tollar turizm gəliri hədəflərinə sürətlə yaxınlaşır.

Mədəniyyət və Turizm Nazirliyilə Türkiyə Statistika İdarəsinin məlumatları Türkiyəyə ilin 9 ayında cəmi 41 milyon 564 min 536 turistin gəldiyini göstərdi.

Nazirliyin yanvar-sentyabr 2019 dövrü statistikalarına görə, Türkiyə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 ayda 14,50 faiz artımla 36 milyon 428 min 212 xarici turisti qonaq edib.

Türkiyə Statistika İdarəsinin açıqladığı ilin üçüncü rübünə aid məlumatlara görə isə, ölkəyə 5 milyon 136 min 324 ölkə xaricində yaşayan vətəndaş gəlib.

İlin üçüncü rübündə 14 milyard dollar turizm gəliri əldə edilərək, 9 ayda 26 milyard 634 milyon 764 min dollar turizm gəliri əldə edilib.

Türkiyəyə yanvar-sentyabr 2019 dövründə ən çox turist göndərən ölkələr sırasında yenə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,28 faiz artımla Rusiya Federasiyası birinci, 12,43 faiz artımla Almaniya ikinci, 10,05 faiz artımla İngiltərə üçüncü yerdədir. İngiltərədən sonra Bolqarıstan və İrandan ölkəmizə turist gəlib.



Әlaqәli Xәbәrlәr