“Macarıstan Türk Axını  layihəsinə qatılmalıdır”, Putin

Macarıstan Türk Axını təbii qaz boru kəmərinə qoşularaq öz enerji təhlükəsizliyini təmin edə bilər. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Macarıstan Türk Axını  layihəsinə qatılmalıdır”, Putin

Putin Macarıstanın baş naziri Viktor Orban ilə keçirdiyi görüşdən sonra baş tutan birgə mətbuat konfransında Rusiyanın Macarıstanı Avropaya təbii qaz nəqlində əhəmiyyətli tərəfdaş olaraq gördüyünə diqqət çəkib.

Türk axını təbii qaz boru kəmərinin tikinti işlərinin bu ilin sonuna qədər yekunlaşacağını, gələn il Bolqarıstan və Serbiya hissəsinin çəkilməsinə başlanacağını ifadə edən Putin, Macarıstan hissəsinin yalnız 15 kilometr olduğunu, Türk Axını təbii qaz boru kəməri layihəsinə qatılmağının ən çox öz xeyrinə olduğunu və bu sayədə enerji təhlükəsizliyini təmin edə biləcəyini qeyd edib.

İki ölkənin enerji sahəsində əməkdaşlığının davam etdiyinə diqqət çəkən Putin, Macarıstanın neft tələbatının 60%-nin Rusiyadan təmin edildiyini xatırladıb və Macarıstandakı yeganə nüvə obyekti olan PAKS-da Rusiya tərəfindən əlavə iki blokun qurulması prosesinin davam etdiyini bildirib.

Baş naziri Orban isə, coğrafi baxımından Rusiya, Almaniya və Türkiyənin ortasında iştirak edən Macarıstanın bu ölkələr ilə güclü münasibət yaradmaqda səy etdiyini vurğulayıb. Ölkəsinin enerji təhlükəsizliyinə üstünlük verdiyini, Rusiya qazını təkcə Ukrayna üzərindən yox, müxtəlif ölkələr üzərindən də təmin etmək istədiklərini, Türk axını layihəsinin bir alternativ olduğunu və buna vaxt itirməzdən qoşulmanın səmərəli olacağına inandığını bildirib.



Әlaqәli Xәbәrlәr