Xəzinə və maliyyə naziri Berat Albayrak islahatların davam edəcəyini bildirdi

Xəzinə və maliyyə naziri Berat Albayrak Türkiyənin Dünya bankının hazırladığı “İş görmə asanlığı indeksi”ndə 43-cü pillədən 33-cü yerə yüksəldiyi bildirdi.

1293722
Xəzinə və maliyyə naziri Berat Albayrak islahatların davam edəcəyini bildirdi

Xəzinə və maliyyə naziri Berat Albayrak Türkiyənin Dünya Bankının hazırladığı “İş görmə asanlığı indeksi”ndə 43-cü pillədən 33-cü yerə yüksəldiyi bildirdi.

Albayrak bu məlumatı şəxsi “Twitter” hesabında bölüşüb.

Nazir bildirib ki, Türkiyə Dünya bankının hazırladığı “İş görmə asanlığı indeksi”ndə (Doing Businəss Indəx)  keçən il əldə olunan 17 pillədən ibarət yüksəlişlə 60-cı yərdən 43-cü yerə yüksəldi.

Bankın bu gün açıqlanan 2020 hesabatına görə Türkiyənin daha 10 pillə yüksələrək 33-cü yeri aldığını qeyd erən Albayrak dəyib:

“Nazirliyimizin başçılığında apardığımız iş görmə asanlığı islahat fəaliyyətlərinə töhfəsini verən iş yoldaşlarımı, əqalədar bütün nazirliklər ilə dövlət qurumlarındakı əməkdaşları və Türkiyə Ticarət Palatası və Birjalar Birliyini təbrik edirəm. İslahatlarımızı davam etdirəcəyik. İşə start vermək, vergi ödəmək və xarici ticarət sahələrindəki müsbət nəticələri daha da inkişaf etdirəcəyik. Xüsusilə xərclərin daha az olmasını, iş həyatında məhsuldarlığın artırılmasına imkan yaradaraq Türkiyənin yatırım imkanlarını ən yuxarı səviyyəyə çıxaracağıq”.



Әlaqәli Xәbәrlәr