Pakistan Türkiyənin enerji şirkətlərini sərmayə qoymağa çağırdı

Pakistan çox sürətlə böyüyən bir enerji sektoruna malikdir.

1293220
Pakistan Türkiyənin enerji şirkətlərini sərmayə qoymağa çağırdı

 

  Pakistan energetika və neft naziri Ömər Əyyub Xan ölkənin sürətlə böyüyən bir enerji sektoruna malik olduğunu bildirərək Türkiyənin enerji şirkətlərini sərmayə qoymağa dəvət edib.

  Nazirliyikdən verilən yazılı açıqlamada bildirilir:

  “Ömər Əyyub Xanla Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul arasında enerji əməkdaşlığı ilə bağlı görüş keçirildi. Söhbət zamanı iki ölkə arasında enerji əməkdaşlığının artırılması üçün xüsusi sahələrin müəyyənləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.  

  Pakistan çox sürətlə böyüyən bir enerji sektoruna malikdir. Xüsusən bərpa olunan enerji ilə bağlı böyük potensial xarici investorlar tərəfindən qiymətləndirilməlidir. Bərpa olunan enerji sahəsində sərmayələrlə bağlı normativ aktlar təsdiq prosesindədir. Pakistan Türkiyə enerji şirkətlərini enerji sərmayəsi yatırmağa dəvət edir".



Әlaqәli Xәbәrlәr