Türkiyədən 91 ölkəyə qırmızı bibər ixrac edilir

Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin (GAİB) məlumatına görə...

pul biber1.jpg

  Türkiyədə istehsal edilən və yeməklərin vazkeilməz ləzzətlərindən olan qırmızı (acı) bibər 91 ölkəyə ixrac edildi.

  Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin (GAİB) məlumatına görə, Türkiyədən 2018-ci ildə 5 milyon 899 min dollarlıq əla növ qırmızı (acı) bibər ixrac olunub.

  2019-cu ilin yanvar - sentyabr dövründə isə Səudiyyə Ərəbistanı, Almaniya, Birləşmiş Krallıq, İtaliya, Amerika Birləşmiş Ştatları, Hollandiya, Ekvator Ginesi, Tayvan, Ukrayna, Norveç, Küveyt, Yunanıstan, Efiopiya və Kostarikanın da arasında olduğu, 91 ölkəyə edilən ixracatdan 3 milyon 943 min dollarlıq gəlir əldə edilib.

  Qırmızı (acı) bibər ixracatında ilk sırada 354 min tonla Səudiyyə Ərəbistanı yer alır. Ondan sonra 323 min tonla Almaniya, 142 min tonla Birləşmiş Krallıq gəlir.

  Türkiyə içində isə ən çox əla növ bibər ixracatı gerçəkləşdirən rayon 381 min tonla Qaziantep olub. Bu şəhəri 188 min tonla İzmir və 183 min tonla Hatay izləyir.



Әlaqәli Xәbәrlәr