Avropa İttifaqında pərakəndə satışlarda artım müşahidə olunub

Avropa Statistika Mərkəzi (Eurostat) Aİ və Avro Bölgəsinin avqust ayı pərakəndə satış göstəricilərini yayıb.

Avropa İttifaqında pərakəndə satışlarda artım müşahidə olunub

  Avropa İttifaqında pərakəndə satışlarda avqustda bir əvvəlki aya nisbətən 0,2 faiz artım müşahidə olunub.

  Avropa Statistika Mərkəzi (Eurostat) Aİ və Avro Bölgəsinin avqust ayı pərakəndə satış göstəricilərini yayıb. Məlumata əsasən, 19 üzvlü Avrozonada pərakəndə satışlar avqustda iyul ayına nisbətən 0,3 faiz artıb, ötən ilin eyni dövrünə nisbətən isə 2,1 faiz yüksəlib.

  Aİ-də pərakəndə satışlar avqustda bir əvvəlki aya nisbətən 0,2 faiz, 2018-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,5 faiz artıb.

  Avropa İttifaqı ölkələri arasında avqustda bir əvvəlki aya nisbətən pərakəndə satışlarda ən yüksək artım 1,1 faizlə Portuqaliya, 1 faizlə Estoniya və 0,8 faizlə Finlandiyada olub.

  Sözügedən dövrdə ən çox azalma 1,3 faizlə Avstriya və Slovakiya, 1,1 faizlə Xorvatiyada qeyd edilib.



Әlaqәli Xәbәrlәr