Ləl-cəvahirat Birlikləri Konfransı" İstanbulda keçiriləcək

"8. Cənub-Şərqi Asiya Ölkələri Birliyi (ASEAN) Qiymətli Daş və ləl-cəvahirat Birlikləri Konfransı" 9-12 oktyabrda İstanbulda keçiriləcək.

Ləl-cəvahirat Birlikləri Konfransı" İstanbulda keçiriləcək

Ləl-cəvahirat İxracatçıları Birliyindən yayılan açıqlamaya görə Ləl-cəvahirat İxracatçıları Birliyi və Türkiyə Təqdimat Qrupunun dəstəyilə təşkil ediləcək tədbirdə Bruney, Kamboca, Laos, Malayziya, Myanma, Filippin, Tayland və Vyetnam və cənub-şərqi Avsiya ölkələri olmaqla 35 ölkə iştirak edəcək.

 Ləl-Cəvahirat İxracatçıları Birliyi İdarə heyətinin Başçısı Mustafa Kamar cəvahirat bazarına dair cərəyan edən proses və inkişafa münasibət bildirib. Türkiyənin keçən il reallaşdırdığı 4,4 milyard dollarlıq ləl-cəvahirat ixrac hədəfinə təyin etdikləri aqressiv strategiya sayəsində çatdıqlarını ifadə edən Kamar, son 9 ayda ən çox ixracın Böyük Britaniyaya edildiyini bildirib. Bu ölkəni isə sırası ilə Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın izlədiyini deyən Kamar, İlin son rübündə Orta Şərq və Afrika alıcıları ilə danışıqlar aparacaqlarını bu məqsədlə Dubaya səfər edəcəklərini vurğulayıb. O ixrac həcmini bir il ərzində 6 milyard dollara və 2023-cü ildə isə 12 milyard dollar qaldırmağı məqsəd götürdüklərini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr