İraq Mərkəzi Bankı İran Milli Bankına məhdudiyyət gətirdi

İran dövlət mediasında yer alan açıqlamasında M.Əminzari bu barədə məlumat verərək deyib...

İraq Mərkəzi Bankı İran Milli Bankına məhdudiyyət gətirdi

 

  İran Milli Bankının baş direktor müavini Muhsin Əminzari İraq Mərkəzi Bankının Amerika Birləşmiş Ştatlarının təzyiqləri ilə Nəcəf, Bağdad və Bəsrə şöbələrinin fəaliyyətlərinə məhdudiyyət gətirdiyini bildirdi.

  İran dövlət mediasında yer alan açıqlamasında M.Əminzari bu barədə məlumat verərək deyib:

  “İraq Mərkəzi Bankı ABŞ-ın təzyiqləri nəticəsində İran Milli Bankının Nəcəf, Bağdad və Bəsrə şöbələrinin fəaliyyətlərinə məhdudiyyət gətirdi. Qanunsuz hərəkət olan bu vəziyyətin tezliklə həll edilməsi və sanksiya şərtlərinə baxmayaraq, İran-İraq arasında 3,4 milyard dollarlıq qeyri-neft ixracatının qorunmasını istəyirik.

  İran Mərkəzi Bankı valyuta bazarında mühüm qollardan biridir və təkbaşına bu sahədə fəaliyyət göstərən 25 bank qədər töhfə verir. Ötən il valyuta əmanəti sahəsində 100 faiz inkişaf qeyd edilib ki, bu da sabitliyin qorunmasına yardım olub”.



Әlaqәli Xәbәrlәr