Antalyanın hədəfində 16 milyon turist var

Dünyanın ən əhəmiyyətli turizm mərkəzləri arasında yer alan Antalya şəhəri ilin 9 ayında keçən illə müqayisədə 17 faiz artımla 13 milyon xarici turist qonaq etdi.

1 yanvar-29 sentyabr dövründə  12 milyon 623 min 247 xarici turist gəldi. Keçən il həmin dövrdə 193 ölkədən 10 milyon 793 min 757 turisti qonaq edən Antalya bu il turist sayında 17 faiz artım əldə etdi.

Gələn xarici turist sayı 1-29 sentyabrda 2 milyon 118 min 5 olaraq qeydə alındı. Keçən il sentyabr ayında şəhərə bir milyon 838 min 279 xarici turist gəlmişdi.

Turistdəki fəallıq təyyarə uçuşlarında da müşahidə olundu. Sentyabr ayında Antalya hava limanında xarici xətlərdə 10 min 827 təyyarə eniş etdi, 10 min 842 təyyarə qalxdı. Daxili xətlərdə isə 4 min 25 təyyarə enib-qalxdı.

Etiketlәr: turist , Antalya

Әlaqәli Xәbәrlәr