Xəzinə və maliyyə naziri Berat Albayrak iqtisadiyyatda yeni hədəflərə dair açıqlama verdi

Xəzinə və maliyyə naziri Berat Albayrak ili 12 faiz inflyasiya və 0,5 faiz inkişaf ilə başa vurmağı hədəf aldıqlarını bildirdi.

Xəzinə və maliyyə naziri Berat Albayrak iqtisadiyyatda yeni hədəflərə dair açıqlama verdi

Xəzinə və maliyyə naziri Berat Albayrak ili 12 faiz inflyasiya və 0,5 faiz inkişaf ilə başa vurmağı hədəf aldıqlarını bildirdi.

Berat Albayrak “Dəyişimə başlayır” əsas mövzusu ilə hazırlanan Yeni Maliyyə Proqramını (YEP) (2020-2022) nazirlikdə keçirdiyi mətbuat konfransında açıqladı.

YEP-in ilk ilini başa vurduqlarını və bir illik fəaliyyətlərin nəticəsində proqramı yeniləyərək, ikinci ilin başlanğıcını etdiklərini bildirən Albayrak 2019-2020-ci illəri “balanslama dövrü” olaraq adlandırdıqlarını xatırlatdı.

İllik əsasda cari artımda Cümhuriyyət tarixi rekordu qırdıqlarını  bildirən Albayrak ehtiyatlı pul və maliyyə siyasətlərində güzəştə getmədiklərini söylədi.

Albayrak bu dövrdə iqtisadiyyatda əsas mübarizə sahələrinin başında inflyasiyanın olacağını vurğulayaraq, “ 2019-cu ili 12 faiz inflyasiya proqnozu ilə başa vurmağı hədəfləyirik. 2020-ci il üçün 9,8 olaraq proqnozlaşdırılan inflyasiya hədəfi 8,5 faiz olaraq dəyişdik. 2021-ci ildə 6, 2022-ci ildə iləd 4,9 faiz inflyasiya hədəf götürüldü” dedi.

Ayrıca proqramda inkişaf hədəfi 2019-cu il üçün 0,5, 2020, 2021 və 2022-ci illərin hər biri üçün 5 faiz böyümə hədəfi müəyyənləşdirildi.



Әlaqәli Xәbәrlәr