Sakarya şəhərindən ilin ilk 8 ayında 138 ölkəyə avtomobil ixrac edildi

Türkiyənin avtomobil ixracında lokomotiv şəhərlər arasında yer alan Sakarya ilin 8 ayında 138 ölkə və 10 sərbəst bölgəyə 3 milyard 339 milyon 607 min dollarlıq ixrac reallaşdırdı.

Türkiyə İxracatçılar Məclisindən əldə edilən məlumata görə, İstanbul, Kocaeli, Bursa, İzmir, Ankara və Qaziantepdən sonra ixracda 7-ci yerdə olan Sakaryada avqust ayında 188 milyon 983 min dollarlıq xarici satış olub.

Sakarya başda olmaqla maşın və maşının daxili ləvazımatları, dəmir və dəmirdən başqa metallar, kondisionər sənayesi ilə kimyəvi maddələr və məmulları sektorlarıyla Türkiyənin cəmi ixracına üç faizə yaxın töhfəsi oldu.

Toyota, TürkTraktor və Otokar kimi əhəmiyyətli firmaları ilə İstanbul, Bursa və Kocaelidən sonra ən çox avtomobil ixrac edən 4-cu şəhər olan Sakaryanın yanvar-avqust aylarındakı cəmi ixracının 91,5 faizlik hissəsi bu sahədə reallaşdı.

Sakarya avtomobil sektorunda yanvar-avqust dövründə 3 milyard 56 milyon 83 min dollarlıq ixrac reallaşdırdı.

Әlaqәli Xәbәrlәr