Türkiyə Özbəkistanda qızıl yataqları axtarışının sürətlənməsinə yardım edəcək

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz Özbəkistanda qızıl uyataqlarının axtarışını sürətləndirəcəklərini söylədi.

1274808
Türkiyə Özbəkistanda qızıl yataqları axtarışının sürətlənməsinə yardım edəcək

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz Özbəkistanda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq üzrə Energetika Nazirləri toplantısında iştirak etdi.

 Dönməz toplantıdan sonra Anadolu Agentliyinə  müsahibə verdi.
 
Türkiyəli nazir müsahibəsində Orta Asiyanın təbii ehtiyatlar baxımından zəngin bir bölgə olduğunu, lakin nfrastrukturda bəzi çatışmazlıqların olduğunu, Türkiyənin bu məsələ ilə bağlı zəngin təcrübəsini bölüşməyə hazır olduğunu söylədi.
 
Dönməz ötən il Özbəkistan Geologiya və Mineral Ehtiyatlar Komitəsi ilə Mədən Tədqiqatı və Axtarış Baş İdarəsi arasında üç qızıl və volfram sahəsinin araşdırılmasına dair müqavilə imzalandığını xatırlatdı, sözügedən sahələrin tədqiqinə dair işlərin davam etdiyini bildirdi.
 
Türkiyənin enerji və təbii ehtiyatlar naziri bunları söylədi: "Ötən ay havadan geofiziki görüntüləmə işləri apardıq. Təxminən 576 kvadrat kilometrlik mədən sahələrində uçuşlar həyata keçirdik, məlumatlar topladıq. Tədqiqat qruplarımız ən qısa müddətdə bu  məlumatları dəyərləndirəcək və nəticələrə görə ərazidə qazma işlərinə başlayacağıq. Özbəkistan qızıl mədəni baxımından dünyada ən zəngin ölkələrdən dördüncüsüdür. Bizim də bu məsələdə ciddi təcrübələrimiz var. Gözəl bir əməkdaşlıqla Özbəkistanın yeraltı sərvətlərinin ölkənin  inkişafına töhfə verəcək şəkildə istifadəyə verilməsinə səy göstərəcəyik".
 
Mədən Tədqiqatı və Axtarış Baş İdarəsinin (MTA) Sudanda da mədən axtarış fəaliyyətlərini davam etdirdiyini bildirən nazir: "MTA  Türkiyənin təbii sərvətlər məsələsindəki təcrübəsini Afrika və Asiya ölkələri ilə də bölüşəcək" dedi.



Әlaqәli Xәbәrlәr