Ruhsar Pekcan ABŞ ilə ticarətdə prioritet sektorları açıqladı

Türkiyənin ticarət naziri Ruhsar Pekcan Amerika Birləşmiş Ştatları ilə ticarətdə üstünlük verilən sektorlardan danışdı.

1266841
Ruhsar Pekcan ABŞ ilə ticarətdə prioritet sektorları açıqladı

Türkiyənin ticarət naziri Ruhsar Pekcan Amerika Birləşmiş Ştatları ilə ticarətdə prioritet sektorları açıqladı.
 
 Pekcan Türkiyəyə səfər edən ABŞ ticarət naziri Uilbur Ross ilə keçirdiyi birgə mətbuat konfransında gündəmin əsas mövzusunun prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampın müəyyən etdikləri 100 milyard dollarlıq ticarət həcminə nail olmaq üçün atılacaq addımlar və yol xəritəsini müəyyənləşdirmək olduğunu vurğuladı.
 
 Pekcan Rossla  aprel ayından bu yana sözügedən hədəfə çatmaq üçün Ticarət Nazirliyinin rəhbərliyi altında sektordakı şərikləri  ilə gördükləri işlər barəsində danışdıqlarını bildirdi.
 
 Ruhsar Pekcan Rossun şəxsində ABŞ hökumətinin ticarət həcminin artırılması məsələsindəki əzmini müşahidə etdiklərinə diqqət çəkərək, bütün sektorların çox əhəmiyyətli olduğunu, lakin ABŞ tərəfinin xüsusilə üzərində dayandığı  bəzi sahələrin prioritet sektorlar olaraq müəyyənləşdirdiklərini söylədi.
 
Türkiyənin ticarət naziri bu çərçivədə tekstil, hazır geyim, mebel, mərmər, avtomobil, ləl-cəvahirat, mülki aviasiya, sement, kimya, maşın və logistika sektorlarını ikitərəfli ticarət həcminin artırılmasında ən prioritet sahələr kimi müəyyən etdiklərini qeyd etdi.
 
 Pekcan iki ölkə arasında 100 milyard dollar ticarət hədəfinə çatmaq üçün maneələrin qarşılıqlı olaraq ləğv edilməsinin də əhəmiyyətli olduğunu vurğulayaraq: "ABŞ tərəfinə əlavə gömrük rüsumlarından bəzi ölkələrin nümunələrində olduğu kimi bizim də azad edilməyimizlə bağlı tələblərimizi çatdırdıq" dedi.
 
ABŞ Ticarət Naziri Uilbur Ross da Türkiyə və ABŞ arasındakı ticarət həcminin yüksək və stabil olmasını arzu etdiklərini bildirdi.
 
 Ross: "Bizim hədəfimiz 100 milyard dollardır. ABŞ tərəfindən Türkiyəyə 50 milyard dollarlıq, Türkiyə tərəfindən də ABŞ-a 50 milyard dollarlıq ticarətin həyata keçiriləcəyinə ümid edirik. Bu şəkildə ticarət həcmimiz çox balanslı xarakter alacaq və çox böyüyəcək" deyə danışdı.
 
 Ən qısa zamanda konkret olaraq nələr edəcəklərinə diqqət yetirdiklərini vurğulayan Ross: "Bunlar  prezidentimiz Donald Tramp və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacaq. Birləşmiş Mİllətlər Təşkilatının ayın 25-də keçiriləcək toplantısında hər iki ölkənin prezidentləri bu məsələni gündəmə gətirəcəklər. Bu ilk addımdan sonra biz tez və konkret nəticələr ala biləcəyimiz addımlarla davam etmək istəyirik. Bu iş bir sıra sektoru əhatə edir" dedi.



Әlaqәli Xәbәrlәr