Rusiya Mərkəzi Bankı növbəti dəfə faiz endirdi

Rusiya Mərkəzi Bankı ard-arda üçüncü dəfə faiz endiriminə gedib.

1264906
Rusiya Mərkəzi Bankı növbəti dəfə faiz endirdi

Bank gələcək iclaslarda faiz endirimlərinin davam edəcəyini və inflyasiyanın aşağı düşərək 4 faiz hədəfinə yaxınlaşması ilə daha çox yumuşalmanın mümkün olduğunu bildirib.

Rusiya Mərkəzi Bankının Direktorlar şurası əsas faiz dərəcəsini 0,25 bənd azaldaraq 7,25%-dən 7%-ə endirib. Bu, 2014-cü ildən bu yana ən aşağı səviyyədir. 

Qərar iqtisadçıların proqnozlarına tam uyğundur. Mərkəzi Bank qeyd edib ki, inflyasiyanın sürəti zəifdir, daxili və xarici tələb nəzərəçarpacaq dərəcədə aşağıdır. 

Rusiya Mərkəzi Bankı 2019-cu il ərzində 3-cü dəfədir faiz azaldır. Xatırladaq ki, Mərkəzi Bank uçot dərəcəsini bu il iyunun 14-də 7,75%-dən 7,5%-ə, iyulun 26-da isə 7,5%-dən 7,25%-ə endirib. 

 

 



Әlaqәli Xәbәrlәr