Livanda iqtisadiyyatda fövqəladə vəziyyət elan edildi

Livanın baş naziri Saad əl-Həriri iqtisadiyyatda fövqəladə vəziyyət elan etdi.

1262586
Livanda  iqtisadiyyatda fövqəladə vəziyyət elan edildi

Livanın baş naziri Saad əl-Həriri iqtisadiyyatda fövqəladə vəziyyət elan etdi.

Paytaxt Beyrutdakı Baabde Prezident Sarayında prezident Mişel Avnın çağırışı ilə iqtisadi məsələlərin müzakirə olunduğu yığıncaq keçirildi.

Yığıncağın açılış hissəsində çıxış edən prezident Avn “Siyasi və şəxsi ziddiyyətlərimizi bir tərəfə qoyub, qarşı-qarşıya olduğumuz maliyyə böhranından xilas olmaq üçün uyğun həll yollarını tapmaq məqsədilə birgə cəhd göstərməliyik” dedi.

İqtisadi mövzuların müzakirə olunduğu toplantıdan sonra mətbuat konfransı keçirən baş nazir Həriri ölkədə iqtisadiyyatda fövqəladə vəziyyətin elan olunduğunu açıqladı.

Həriri Livan valyutasının qiymətinin sabitliyi üçün  tətbiq edilən siyasətin davam edəcəyini, parlamentdə sərmayə qoyuluşu ilə əlaqədar qəbul edilən layihələrin sürətli şəkildə həyata keçiriləcəyini və elektirik enerjisindəki problemin həlli üçün addımlar atılacağını söylədi.

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Livanın kredit reytinqini “B” səviyyəsindən “CCC” səviyyəsinə düşürdüyünü açıqlamışdı.

Son dövrdə ciddi maliyyə böhranı ilə qarşı-qarşıya olan Livanda Maliyyə Nazirliyinin may ayında yayımlanan hesabatına görə, 2019-cu ilin ilk rübündə ümumi borc 86,2 milyar dollara çıxıb.



Әlaqәli Xәbәrlәr