Türkiyə-Rusiya-Azərbaycan Enerji və Nəqliyyat Əməkdaşlığı Forumu

Üç hissədən ibarət Forumun birincisi Türkiyə, ikincisi Azərbaycan, üçüncüsü Rusiyada keçiriləcək

1254917
Türkiyə-Rusiya-Azərbaycan Enerji və Nəqliyyat Əməkdaşlığı Forumu

 

  Avqustun 21-də Türkiyənin paytaxtı Ankarada Türkiyə, Rusiya və Azərbaycan ekspertlerinin iştirakı ilə Nəqliyyat və Enerji Əməkdaşlığı Forumu keçiriləcək. Tədbirdə üç ölkə arasında yeni regional enerji və nəqliyyat məsələləri üzrə tərəfdaşlıq mövzuları müzakirə ediləcək.

  Ankara Rusiya Araşdırmaları İnstitutunun (RUSEN) verdiyi məlumata görə, Forum Ankara Yıldırım Bəyazit Universitetindən start götürəcək.   

  RUSEN-in rəhbəri və Ankara Yıldırım Bəyazit Universitetinin professoru Salih Yılmaz mövzu ilə bağlı eksklüziv olaraq “TRT Azerbaycan” saytına məlumat verərək bildirib:

  “XXI əsrdə regional və qlobal əməkdaşlıqlar yeni-yeni imkanlar təklif etməkdədir. Türkiyə-Rusiya əlaqələrinin bir çox sahələrdə inkişaf etdiyi bir dövrdə Azərbaycanın da iştirakıyla Qafqaz və Orta Asiyaya təsir edə biləcək yeni əməkdaşlıq imkanlarının ortaya qoyulması məqsədi ilə forumda üç ölkə mütəxəssisləri qarşılıqlı fikir mübadiləsi aparacaq, ekspertlər mövcud problemlərin həlli imkanları ilə bağlı yeni təkliflər irəli sürəcəklər”.

  Qeyd edək ki, sözügedən forumun birinci hissəsi Türkiyə, ikincisi isə Azərbaycanda keçiriləcək. Tədbirin davamı, yəni üçüncü hissəsi Dəyirmi Masa şəklində Rusiyada olacaq.

  Sonda danışılan mövcud məsələ və həllərinə dair fikirlər bülleten halında kitablaşdırılacaq.

  Nəqliyyat və Enerji Əməkdaşlığı Forumu Rusiya Federasiyası Prezident Fondunun dəstəyi, Moskva Çağdaş Türkiyə Araşdırmaları Mərkəzi, Ankara Rusiya Araşdırmaları İnstitutu və Bakı Beynəlxalq Siyasət və Təhlükəsizlik qurumu “Baku Network”un (Baku International Policy and Security) əməkdaşlığı ilə həyata keçirilir.

  Tədbirdə Ankara Rusiya Araşdırmaları İnstitutunun rəhbəri və Ankara Yıldırım Bəyazit Universitetinin professoru Salih Yılmaz, Moskva Çağdaş Türkiyə Araşdırmaları Mərkəzinin rəhbəri Amur Hacıyev, “Baku Network”un direktoru Elxan Ələsgərov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov, Ankara Yıldırım Bəyazit Universitetinin rektoru İbrahim Aydınlı və digər mütəxəssisislər iştirak edəcək.  



Әlaqәli Xәbәrlәr