Türkiyə mərməri 120 ölkəyə ixrac edilir

2018-ci ildə Türkiyədən Çin Xalq Respublikasına 5 milyon ton blok mərmər ixrac edildi.

1256087
Türkiyə mərməri 120 ölkəyə ixrac edilir

3000 ildən çoxdur mərmər ticarətinin mərkəzlərindən olan Afyonkarahisarın İscehisar rayonunda 500 qədər mədəndə istehsal edilən "Afyon mərməri" Çin, Hindistan, ABŞ, İraq, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı olmaqla 120 ölkəyə ixrac edilir.

Afyonkarahisar Ticarət və Sənaye Palatasının məlumatına görə, 2018-ci ildə 109 milyon 250 min dollarlıq, 2019-cu ildə isə 113 milyon 750 min dollarlıq mərmər ixrac edilib.



Әlaqәli Xәbәrlәr