Moldova “Turk axını”ndan qaz almaq istəyir

Moldovanın iqtisadiyyat və infrastruktur naziri Vadim Brınzan “Turk axını” təbii qaz boru kəməri vasitəsilə qaz almaq üçün Rusiyanın enerji şirkəti “Qazprom” ilə “görüşdüklərini söylədi.

1255441

Brinzan bu barədə Moldovanın paytaxtı Kişinyovda jurnalistlərə məlumat verdi. Nazir təbii qazın alımı ilə bağlı  ötən il “Qazprom”la imzalanan müqavilənin bu il sona çatacağını bildirdi.

Brınzan “Turk axını” layihəsi üzərindən təbii qaz idxal etmək istədiklərini və bu istiqamətdə  “Qazprom”la danışıqlar apardıqlarını qeyd etdi.

Nazir Ukrayna, Rumıniya, Bolqarıstan və Moldova arasında məsləhətləşmə platformunu yaratmaq niyyətlərindən də bəhs edərək: "Türk Axını”nın texniki və iqtisadi imkanlarını qiymətləndirmək istəyirik. Avropa Komissiyası platformanın vasitəçisi olacaq" dedi.

Qeyd edək ki, Rusiya qazını Türkiyə və Avropaya nəql edəcək “Türk axını” təbii qaz boru kəməri hər biri illik 15.75 milyard kubmetr həcmə malik iki boru kəmərindən ibarət olacaq.

Әlaqәli Xәbәrlәr