"Çin dövlət başçısı söz verdi, amma etmədi..." D.Tramp

ABŞ nümayəndə heyəti Çindən yeni qayıtdı...

"Çin dövlət başçısı söz verdi, amma etmədi..." D.Tramp

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp 1 sentyabrdan başlayaraq 300 milyard dollarlıq Çin məhsuluna 10 faiz əlavə vergi qoyduqlarını açıqladı.

  “Twitter” hesabından bəyanat verən D.Tramp deyib:

  “ABŞ nümayəndə heyəti Çindən yeni qayıtdı. Çinlə ticarət müzakirələrində müqavilə bağlamaqla bağlı 3 ay əvvələ qədər ümidli idik.  Təəssüf ki, Çin imzalanma ərəfəsində müqaviləni yenidən müzakirə etməyə qərar verdi. Yaxın zamanda Çin ABŞ-ın kənd təsərrüfatı məhsullarını almaq məsələsində razılığa gəldi, amma bunu etmədi.  

  Çin dövlət başçısı Şi Cinpinq mənə "ABŞ-a fentanil satmağı dayandıracağını" söylədi, ancaq bu da sözdə qaldı.

  Ticariət müzakirələri sürür. Bunlar davam etdiyi müddət boyu ABŞ 1 sentyabrdan etibarən Çindən Amerikaya gələn 300 milyard dollarlıq məhsula kiçik bir əlavə ilə 10 faiz gömrük vergisi əlavə edir. Bu əlavə vergi onsuz da 25 faiz gömrük vergisi qoyulmuş 250 milyard dollarlıq məhsula aid deyil.

  Əhatəli bir ticarət anlaşması üçün Çinlə müsbət dialoqumuzu davam etdirir və iki ölkə arasında gələcəyin parlaq olacağını düşünürük".

  Xatırladaq ki, iki ölkə arasında 2018-ci ilin martından başlayan və qarşılıqlı gömrük tarifi ticarət müharibəsi son olaraq Çinin texnologiya şirkətlərinə sıçramışdı. Çin və ABŞ bir ildən çoxdur apardığı müzakirələrin 11-cisi may ayının əvvəlində ABŞ-da aparılmışdı.



Әlaqәli Xәbәrlәr