Türkiyə ilə Pakistan arasında qarşılıqlı ticarət 700 milyon dollara yaxındır

Türkiyə Ticarət və Birjalar Palatasının sədri Rifat Hisarcıklıoğlu Türkiyə ilə Pakistan arasında qarşılıqlı ticarətin istənilən səviyyədə olmadığını söylədi.

1245059
Türkiyə ilə Pakistan arasında qarşılıqlı ticarət 700 milyon dollara yaxındır

Türkiyə Ticarət və Birjalar Palatasının sədri Rifat Hisarcıklıoğlu Türkiyə ilə Pakistan arasında qarşılıqlı ticarətin istənilən səviyyədə olmadığını söylədi.

“Türkiyə-Pakistan Ticarət və Sənaye Palatası Forumu”nun təqdimat yığıncağı Hisarcıklıoğlu, Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının sədri Daroo Khan Achakzai, Türkiyə və Pakistan tərəfinin bərabərhüquqlu sədrləri və üzvlərinin iştirakı ilə İstanbulda keçirildi.

Türkiyə və Pakistanın əsrlərdir güclü tarixi və mədəni əlaqələrə sahib olduğunu dilə gətirən Hısarcıklıoğlu deyib:

“Qardaşlar arasındakı rəqəmlərə baxanda insan təəccüblənir. Bir çox platformada bir yerdəyik. Türkiyə ilə Pakistan arasında qarşılıqlı ticarət 700 milyon dollara yaxındır. Qarşılıqlı ticarətimiz iki qardaş ölkə üçün kifayətli deyil. Qarşılıqlı sərmayələrimiz istədiyimiz səviyyədə deyil. Türkiyənin Pakistandakı ümumi birbaşa investisiyası 1 milyard dollar, Pakistanın Türkiyədəki birbaşa sərmayə qoyuluşu isə 600 milyon dollardır”.

Hisarcıklıoğlu Türkiyənin podratçılıq sahəsindəki uğurlarını xatırladaraq, xüsusilə də Pakistan-Çin iqtisadiyyat dəhlizi çərçivəsindəki infrastruktur investisiyalarında Türk podratçıların daha da çox iş görməsinin vacibliyini vurğuladı.

 Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının sədri Daroo Khan Achakzai də “Həm Körfəzdə həm də Orta Asiyada bir çox imkan var, bundan əməkdaşlıqla ilə istifadə edə bilərik" deyə söylədi və informasiya mübadiləsi, investisiya, ticarət və sənaye iş dünyası arasındakı qarşılıqlı təsirə və ikitərəfli əməkdaşlığın vacibliyinə işarə etdi.

Toplantıya 50-yə yaxın Türk və Pakistanlı şirkət qatıldı.



Әlaqәli Xәbәrlәr