Çinə rekord miqdarda fındıq ixrac edildi

Türkiyədən Çin Xalq Respublikasına findıq ixracında rekord artım qeydə alındı.

1245004
Çinə rekord miqdarda fındıq ixrac edildi

Çin Xalq Respublikasının nəhəng qida və kənd təsərrüfatı şirkətlərindən biri olan “COFCO Sundry” heyəti Türkiyənin fındıq sektoru və fındıq emalı ilə bağlı ətraflı tədqiqat aparıb.

Qara dəniz ixracatçı birlikləri (Kib) Baş katibliyindən yayılan açıqlamada bu barədə məlumat verilib. Bildirilib ki, Türkiyədən əhəmiyyətli miqdarda fındıq idxal edən COFCO Qrupu yanında “COFCO Sundry” şirkətindǝn  mütǝxǝssis  bir  heyǝt   Türkiyǝdǝ  sǝfǝrdǝ  olub.

Ticarət Nazirliyi, Türkiyə İxracatçılar Məclisi və Qara dəniz ixracatçılar birliyi Baş Katibliyinin əməkdaşlığı ilə həyata keçirilən proqram çərçivəsində ölkəyə dəvət edilən “COFCO Sundry” şirkətinin baş direktör müavini və onu müşayiət edən heyətin  Giresunda görüşlər keçirdiyini, Fındıq ixracatçıları birliyini və fındıq emalı zavodlarını ziyarət   etdiyini, Türkiyənin fındıq sektoru və fındıq emalı fəaliyyətləri haqqında ətraflı məlumat   aldığını  bildirib.

Nazirliyin  açıqlamasında: “Çin fındıq ixracatçılarının üstünlük verdikləri ölkələr arasında iştirak edir. Bu ölkə ən çox fındıq ixrac etdiyimiz 10 ölkədən biridir. Elə ki bu ölkəyə illik 10 ton fındıq ixrac edirik. Bu artım 2018-2019 mövsümündə də davam etdi. 2019-un iyul ayı etibarı ilə Çin Xalq Respublikasına reallaşdırdığımız fındıq ixracı 8 min tona çatdı. Bu da ötən dövrlərə müqayisədə rekord miqdar hesab edilir.



Әlaqәli Xәbәrlәr